...

Azərbaycan və Belarus prezidentləri dostluq və əməkdaşlıq sazişi imzalayacaq

Siyasət Materials 20 Aprel 2007 14:20 (UTC +04:00)
Azərbaycan və Belarus prezidentləri dostluq və əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və Belarus dostluq və əməkdalıq sazişi imzalayacaqlar. Bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviş məlumat verib. "Sənədin ilin birinci yarısında Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana gözlənilən səfəri zamanı imzalanacağı planlaşdırılır" - deyə səfir cümə günü mətbuat-konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi ilə bağlı özündə müxtəlif sahələr üzrə əməkdaşlıq barədə təqribən 10 razılaşma layihəsini birləşdirən sənədlər zərfi hazırlanıb.

Sənədlər baytarlıq, pensiya təminatı, bank fəaliyyəti, elm-təhsil və digər sənədləri əhatə edir.

Paskeviç söyləyib ki, ümumilikdə isə iki ölkənin ekspertləri tərəfindən bütün sahələrdə əməkdaşlığı əhatə edəcək təqribən 20 sənəd hazırlanır.

"Belarus Azərbaycanı strateji tərəfdaş hesab edir və "regionun iqtisadi lideri" ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək istəyir" - deyə səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti