...

Azərbaycanın XİN rəhbəri Brüsseldə NATO ilə fərdi əməkdaşlıq planını müzakirə edəcək

Siyasət Materials 30 Aprel 2007 16:51 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 2-də Brüsseldə NATO ilə fərdi əməkdaşlıq planının (IPAP) reallaşdırılması məsələlərini müzakirə edəcək. Bu barədə telefon vasitəsilə Azərbaycanın NATO-dakı missiyasının mətbuat katibi Leyla Abdullayeva məlumat verib.

Brüsselə bir günlük səfəri çərçivəsində nazir NATO-nun mənzil-qərargahına baş çəkəcək və strukturun baş katibi Yaap de Hup Sxefferlə danışıqlar aparacaq. Hər hansı bir sənədin imzalanması nəzərdə tutulmur.

Öncə E.Məmmədyarov məlumat verib ki, o, Brüsseldə NATO "26+1" formatında (NATO-nun 26 üzv dövləti) məsləhətləşmələr aparmaq niyyətindədir. IPAP proqramı 2 il əvvəl Brüsseldə Azərbaycan prezidentinin Belçikaya səfəri çərçivəsində imzalanıb.

"Bu kontekstdə Brüsselə səfərimin məqsədi düzgün fəaliyyət göstərmək və istiqamətimizi müəyyən etmək üçün yekunlar aparmaqdır", - deyə E.Məmmədyarov bildirib. "NATO ilə əməkdaşlıq böyük təcrübədir. Biz NATO-da olan standartları əldə edirik. Onlar bizim üçün maraqlıdır. Onlardan bəziləri artıq ordumuza daxil olub. Ona görə də həmçinin siyasi məsələlər kompleksi də - regionumuzda təhlükəsizlik arxitekturasının necə qurulacağını nəzərdən keçirəcəyik. Bununla bağlı bizim əməkdaşlarımızın fikirlərini dinləmək vacibdir".

Xəbər lenti

Xəbər lenti