...

Azərbaycan Milli İstiqlal Partiyası yeni blokun yaradılması üçün danışıqlara başlayıb

Siyasət Materials 4 May 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bəyan edib ki, partiya prezident seçkiləri öncəsi yeni blokun yaradılması üçün bəzi partiyalarla danışıqlara başlayıb. Rüstəmov cümə günü Trend ə açıqlamasında hesab edib ki, müxalifət partiyaları bloklar çərçivəsində əməkdaşlığı gücləndirməlidir.

"Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı yeni güc mərkəzləri yaradılmalı və müxalifət seçkilərə vahid namizədlə getməlidir" - deyə Rüstəmov bildirib. Onun sözlərinə görə, konkret nəticələr əldə olunandan sonra yeni blokun adı müəyyənləşdiriləcək və ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti