...

Səfir: "Azərbaycan prezidenti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirak edəcək"

Siyasət Materials 14 May 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan prezidenti İlham Əliyev iyunun 25-də İstanbulda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Zirvə Toplantısında iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Bu barədə bazar ertəsi telefonla Trend ə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Səfirin sözlərinə görə, zirvə toplantısında müzakirə olunacaq məsələlərlə bağlı bu gün Antalyada işçi qrup səviyyəsində görüş başlayıb. Görüşdə QDİƏT-ə üzv olan ölkələrin Xarici İşlər Nazirliklərinin nümayəndələri iştirak edir.

QDİƏT-ə 320 milyon əhalisi olan 11 ölkə - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə və Ukrayna üzvdür. Polşa, İsrail, Slovakiya, Misir, Tunis, İtaliya və Avstriya müşahidəçi statuslu dövlətlərdir.

Xəbər lenti

Xəbər lenti