Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncam imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 8 nəfər "Əməkdar incəsənət xadimi", 17 nəfər "Əməkdar artist", 3 nəfər "Əməkdar rəssam", 8 nəfər "Əməkdar mədəniyyət işçisi" adlarına layiq görülüb.