...

Yeni Azərbaycan Partiyasının sədrinin müavini: "Partiyanın Siyasi Şurasının sabiq üzvü Fərhad Əliyevin başlanılan məhkəməsi ədalətli olacaq"

Siyasət Materials 17 May 2007 11:05 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının sədrinin müavini: "Partiyanın Siyasi Şurasının sabiq üzvü Fərhad Əliyevin başlanılan məhkəməsi ədalətli olacaq"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov cümə axşamı bəyan edib ki, partiyanın Siyasi Şurasının sabiq üzvü Fərhad Əliyevin başlanılan məhkəməsi ədalətli olacaq. Onun sözlərinə görə, məhkəmə Əliyevə qarşı qaldırılan iddiaların kifayət qədər əsası olduğunu təsdiqləyəcək.

"Hər bir şey Azərbaycan qanunları çərçivəsində olacaq. Məhkəmənin gedişi və nəticələri barədə proqnozlar səsləndirmək düzgün olmazdı"- deyə Əhmədov bildirib.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev barəsindəki cinayət işinə baxılmaq üçün mayın 15-də məhkəmə prosesi başlayıb. İş üzrə 19 nəfər təqsirləndirilən qismində tanınıb. Onlara Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2 (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

YAP 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakimiyyətdə olan YAP-ın hazırkı sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti