...

Azərbaycan prezidenti "İçərişəhər" dövlət qoruğunun əsasnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb

Siyasət Materials 17 May 2007 20:43 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev "Nazirlər Kabineti yanında "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu idarəsinin əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" fərman imzalayıb.

Fərmana əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aparatı işçilərinin say həddi 56 ştat vahidi müəyyən edilib. İdarənin tabeliyində olan qurumlar dövlət büdcəsinin vəsaiti hesabına, həmçinin özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir.

Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan normativ-hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.

Xəbər lenti

Xəbər lenti