...

Səfir: Qazaxıstan GUAM-ın Bakı sammitinə dəvət olunub

Siyasət Materials 7 İyun 2007 18:24 (UTC +04:00)
Səfir: Qazaxıstan GUAM-ın Bakı sammitinə dəvət olunub

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ "Qazaxıstan hökuməti "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM" dövlət başçılarının 19 iyunda Bakıda keçiriləcək sammitinə dəvət olunub. Bu barədə cümə axşamı Astanadan telefonla Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov məlumat verib.

Diplomat bildirib ki, Qazaxıstanın sammitdə iştirak məsələsi bu ölkənin prezidentinin məsləhətçisi Nurlan Onjanovla görüşdə müzakirə olunub.

Səfir bildirib ki, Qazaxıstanın sammitdə hansı səviyyədə təmsil olunacağı yaxın günlərdə bəlli olacaq.

Görüşdə həmçinin ikitərəfli əlaqələrin dərinləşməsi, nəqliyyat və energetika sahəsində əməkdaşlığın sonrakı inkişafı məsələlərinə toxunulub.

Qazaxıstanın Balkı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərinə qoşulması münasibətlərimizin sonrakı ikişafında mühim mərhələ kimi qiymətləndirilib.

Bu ölkənin Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars layihələrində maraqları ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana rəsm səfəri ilə bağlı məsələlər müzakirə olunub. Səfərin bu ilin yayında gerçəkləşəcəyi güman olunur.

Xəbər lenti

Xəbər lenti