...

Azərbaycan prezidenti Bəhreyn Krallığının xarici işlər nazirini qəbul edib

Siyasət Materials 8 İyun 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə günü Prezident sarayında Bəhreyn Krallığının xarici işlər naziri Xalid bin Əhməd bin əl-Xəlifənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezident Aparatından məlumat verilib.

Dövlət başçısı Azərbaycanla Bəhreyn arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin daha da genişləndirilməsinin zəruriliyinə toxunan prezident Əliyev iki ölkənin gələcək birgə əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Dövlət başçısı bu səfərin Azərbaycanla Bəhreyn Krallığı arasında münasibətlərin bundan sonra da inkişafına töhfə verəcəyinə əminliyini söyləyib.

Xalid bin Əhməd bin əl-Xəlifə Azərbaycana ikinci dəfə səfər etdiyini bildirərək ilk səfərindən ötən bir il ərzində ölkəmizdə böyük dəyişikliyin baş verməsinin şahidi olduğunu deyib. O, Bəhreyn Krallığı ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti