Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İyunun 13-də Ankaranın mərkəzi küçələrindən birində Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin adına salınmış parkın açılış mərasimi keçiriləcək. Bu barədə çərşənbə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirdə iştirak edəcək. Nümayəndə heyətinə Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, deputatlardan Fərhad Qəribov və Sevindik Hətəmov daxildirlər.
Nümayəndə heyətinin bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.