...

MDB məkanında mövcud olan miqrasiya problemi Əməkdaşlıq ölkələrinin Daxili İşlər nazirlikləri tərəfindən müzakirə olunacaq

Siyasət Materials 14 İyun 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva/ Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində daxili işlər orqanlarının gördüyü tədbirlərin vəziyyəti , yəni MDB-yə üzv olan dövlətlərin polisləri və bu sahədə dövlət tərəfindən görülən tədbirlərin effektivliyini artırmaq məqsədilə konkret addımların atılması məsələsi MDB-nin Daxili İşlər nazirliklərinin Şurası tərəfindən15-16 iyulda keçirilcək görüşdə müzazirə olunacaq. Cümə axşamı MDB-nin İcra Komitəsindən verilən məlumata görə, Şuranın növbədənkənar iclası keçiriləcək.

MDB dövlətlərinin 10 iyunda Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşündə Əməkdaşlıq ölkələrinin liderləri qərara gəliblər ki, hər il bir prioritet məsələni nəzərdən keçirəcək və bu məsələnin həlli yolunu müəyyən edəcəklər. İlk problem miqrasiya problemi olub.

MDB çərçivəsində miqrasiya sahəsində müvafiq qanuvericilik bazası mövcuddur və 1998-ci il 6 mart tarixindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində MDB-yə üzv olan dövətlər müqavilənin reallaşması ilə bağlı aktiv iş aparırlar.

İcra Komitəsindən verilən məlumatda həmçinin bildirilir ki, 26 avqust 2005-ci ildə MDB-nin dövlət başçıları Şurası tərəfindən təsdiq olunan qeyri-qanuni miqrasiyaya qarşı MDB üzvlərinin əməkdaşlıq proqramı həyata keçirilir.

MDB-yə üzv olan ölkə vətəndaşlarının miqrasiyası sahəsində əməkdaşlığın əsas prinsiplərinin razılaşdırılması üzrə müqavilə layihəsinin və Əməkdaşlıq ölkələrinin miqrasiya orqanları rəhbərlərinin Şurası haqqında şərtlərin ekspertlər tərəfindən razılaşdırılması prosesi başa çatdırılır. Sənədlər Şuranın müzakirəsinə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti