...

İlham Əliyev: "İşğal olunmuş torpaqlar azad edilməyənədək Azərbaycan Ermənistana təzyiq göstərəcək"

Siyasət Materials 22 İyun 2007 13:47 (UTC +04:00)
İlham Əliyev: "İşğal olunmuş torpaqlar azad edilməyənədək Azərbaycan Ermənistana təzyiq göstərəcək"

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycan Ermənistana bütün istiqamətlərdə hücum etməlidir. Bunu cümə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Onun sözlərinə görə, hücum siyasi, diplomatik, iqtisadi sahələrlə yanaşı təbliğat sahəsini də əhatə etməlidir.

Əliyev bildirib ki, işğal olunmuş torpaqlar azad edilməyənədək Azərbaycan Ermənistana təzyiq göstərəcək.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ heç vaxt Ermənistana birləşdirilməyəcək və müstəqillik əldə etməyəcək. Onun sözlərinə görə, Ermənistanda danışıqların mahiyyəti təhrif olunur və Azərbaycan heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını nəzərdə tutan sazişi imzalamayacaq.

Prezident qeyd edib ki, erməni tərəfi vaxtı uzatmaqla nəyəsə nail olacağına ümid edir. "Zənnimcə, bu istək hansısa siyasətçilərin karyerasına xidmət edir. Mən inanmıram ki, Ermənistanın özü münaqişənin uzadılmasının tərəfdarıdır" - deyə o vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar artıq 13 ildir davam edir. "Danışıqlar daha 13 il davam edə bilməz. Qısa müddət ərzində danışıqların gedişatına aydınlıq gətirilməlidir" - deyə Azərbaycan prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti