...

Gəncə şəhər Qaz İstismarı İdarəsinin əməkdaşları barədə cinayət işi açılıb

Siyasət Materials 8 Avqust 2007 13:26 (UTC +04:00)

Azərbaycan,Gəncə/ Trend , müxbir V. Məmmədov/Gəncə şəhər Qaz İstismarı İdarəsinin 6 əməkdaşı barədə cinayət işi açılıb. Bu barədə Trend ə Gəncə şəhər Qaz İstismarı İdarəsinin hüquq məsləhətçisi İsa Qulamov məlumat verib. Qulamovun sözlərinə görə, barəsində cinayət işi açılan şəxslər idarədə sahə müvəkkili vəzifəsində çalışıblar. İdarənin əməkdaşları abonentlərdən qaz pullarını alaraq kitabçalarına pulun ödənilməsi barədə məlumatı qeyd etsələr də, alınan məbləğlər abonentlərin hesab nömrəsinə köçürülməyib. Sahə müvəkkilləri barəsində Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb və istintaq aparılır.

Bu il ümumilikdə Gəncə şəhər Qaz İstismarı İdarəsinin 13 əməkdaşı barəsində cinayət işi açılıb. İlin əvvəlində də idarənin 7 əməkdaşı barəsində cinayət işi açılmışdı.

Xəbər lenti

Xəbər lenti