...

Prezident İlham Əliyev: İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın mövqeyini dəstəkləyir (video)

Siyasət Materials 21 Avqust 2007 22:11 (UTC +04:00)
Prezident İlham Əliyev: İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın mövqeyini dəstəkləyir  (video)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın mövqeyini dəstəkləyir. Bunu çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejadla danışıqların yekununa əsasən keçirilən mətbuat konfransında bəyan edib.

O söyləyib ki, bu gün Bakıda prezidentlərin birgə imzaladığı bəyannaməyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd daxil edilib.

Azərbaycan rəhbəri əlavə edib ki, Mahmud Əhmədinejadla birgə layihələr, həmçinin regionda stabilliyin möhkəmləndirilməsi üzrə tədbirləri müzakkirə edib. İ.Əliyev danışıqların nəticəsinin iki ölkənin bir-birinə çox yaxın olduğunu göstərdiyini bildirib.

Regional münaqişələrlə bağlı Mahmud Əhmədinejad bildirib ki, bütün problemlər danışıqlar yolu, hüquqi yolla həll olunmalıdır.

"Münaqişə yaradan, münaqişələrin həlli üçün zorakılıq tətbiq edən sülh və ədalət mövqeyində durmur",-deyə M.Əhmədinejad söyləyib.

Onun sözlərinə görə, İran sülh, stabillik və bütün xalqların hüququna hörmət tərəfdarıdır. O qeyd edib ki, bütün xalqların bərabər hüquqları var.

"İran dünya səviyyəsində istənilən zor tətbiqinin əleyhinədir. İnsanlar bütün məsələləri hüquqi yolla həll etməlidirlər",-deyə Mahmid Əhmədinejad söyləyib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan ərazi iddiası ilə başlayıb. Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsin altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti