...

Azərbaycanın müxalifət lideri: "Demokratik seçkilər nəticəsində uduzan müxalifət liderinin siyasətdə qalması onun ziyanına olacaq"

Siyasət Materials 28 Avqust 2007 13:00 (UTC +04:00)
Azərbaycanın müxalifət lideri: "Demokratik seçkilər nəticəsində uduzan müxalifət liderinin siyasətdə qalması onun ziyanına olacaq"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Demokratik seçkilər nəticəsində uduzan müxalifət liderinin siyasətdə qalması onun ziyanına olacaq. Bu bəyanatla çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycanın müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çıxış edib.

Gələn il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilərdə müxalifətin vahid namizədinin müəyyənləşməsi istiqamətində siyasi liderlər arasında ilkin danışıqlar aparılır. Bəzi müxalifət partiyaları artıq prezident seçkilərinin boykot edilməsi təklifi ilə çıxış edib.

Cəlaloğlu hesab edir ki, seçkilərdə uduzan liderin istefa verməsinin özü demokratik siyasi mədəniyyətdir. "O ölkədəki oturuşmuş demokratiya var, orada siyasi qüvvələr özlərinin potensial gücünü nəzərə alırlar və seçkilərdən sonra cəmiyyətin onlara göstərdiyi inama uyğun konkret addımlar atırlar" - deyə ADP sədri bildirib.

Cəlaloğlu deyib ki, seçki situasiyası aydınlaşmayana qədər ADP-nin namizəd məsələsində mövqeyi açıqlanmayacaq.

"Bizim birinci işimiz müxalifətin vahid namizədinin müəyyən edilməsinə nail olmaqdır. ADP müxalifətin vahid namizədi naminə öz namizədindən və ambisiyasından imtina etməyə hazırdır. Əgər digər siyasi qüvvələr məsələyə bu cür fəlsəfə ilə yanaşsa, vahid namizəd müəyyənləşəcək. Öz şəxsi ambisiyaları baxımından seçkilərdə iştirak edəcəksə, müxalifət konkret razılığa gələ bilməyəcək" -deyə müxalifət lideri əlavə edib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti