Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsindəki binanın mühəndis-geoloji proseslərə görə uçması mümkündür. Mühəndis geoloji xüsusiyyətlərinə görə həmin ərazidə 18 mərtəbəli binaların tikilməsi köklü yanlış addımdır. Həmin ərazidə maksimum 10 mərtəbəli bina tikilməlidir. Bu barədə cümə axşamı Trend ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyev məlumat verib.
"Həmin ərazilər geoloji nöqteyi- nəzərdən hündürmərtəbəli tikintilər üçün zəif ərazi sayılır. Geoloji proseslər, yeraltı sular dağ süxurlarını parçalayır. Suyun səviyyəsi aşağı düşdükdən sonra binanın ağırlığı nəticəsində süxurlar sıxılır və binanın dayanıqlığı, tarazlığı itir, nəticədə çökmə əmələ gəlir" deyə Əliyev bildirib.
Çərşənbə axşamı saat 17:00-da həmin ünvanda yerləşən bina uçub. Cümə axşamı günorta saatlarına qədər uçqun nəticəsində 12 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Azərbaycan Memarlar İttifaqı binanın uçmasının iki mümkün səbəbini göstərib: "Uçmanın səbəbi konstruksiyanın düzgün çəkilməməsi, yaxud tikinti işlərinin düzgün icra edilməməsi ola bilər" - deyə çərşənbə günü Azərbyacan Memarlar İttifaqının vitse-prezidenti Hafiz Əmirxanov bildirib.
Əliyev deyib ki, çökmə prosesi binanın hündürlüyünə uyğun olaraq özülününü düzgün qurulmamasına görə də baş verə bilər. Digər tərəfdən tikinti materiallarının kefiyyətinin aşağı olması, binanın tikintisi üçün kadrların zavadlı olmaması kimi amillərdə uçquna təsir edər.
Əliyev seysmik proses nəticəsində binanın uçduğunu təkzib edib və aparılan araşdırmalar zamanı bu müddət ərzində hiss olunacaq təkanlar qeydə alınmayıb. Buna baxmayaraq, aktiv seysmik zona sayılan Abşeron yarımadasında hündürmərtəbəli bina tikilməməlidir.
Hadisə ilə bağlı binanı inşa edən "Mütəfəkkir" şirkətinin rəhbəri də daxil olmaqla, daha 3 nəfər tutulub.