...

Azərbaycan XİN rəhbərinin Xorvatiyaya səfəri başlayıb

Siyasət Materials 4 Sentyabr 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin perspektivləri Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun sentyabrın 5-6-da Zaqrebə rəsmi səfəri zamanı müzakirə olunacaq.

Məmmədyarov Xorvatiyaya AB-nin Yeni Qonşuluq Siysəti çərçivəsində keçirilən konfransda iştirakından sonra Brüsseldən yola düşüb, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

Məmmədyarovun Xorvatiya prezidenti Stipe Mesiç, xarici işlər naziri Kolind Xabar-Kiratovij, həmçinin Xarici İqtisadi Palatanın rəhbəri və ölkənin iqtisadiyyat, əməkdaşlıq və sahibkarlıq naziri ilə görüşləri planlaşdırılıb. İbrahimin sözlərinə görə, görüşlərdə hər iki tərəfi maraqlandıran məsələlər, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq və beynəlxalq vəziyyətlə bağlı məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti