...

Zəhərlənən Azərbaycan əsgərlərinin bir hissəsi hərbi hissəyə buraxılıb

Siyasət Materials 4 Sentyabr 2007 14:39 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Qaladakı hərbi hissəsində zəhərlənən əsgərlərin yarısı ilkin tibbi yardımdan sonra hərbi hissəyə göndərilib. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əsgərlər dizenteriya və zəhərlənmə diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə və Mərkəzi Kliniki Hospitala yerləşdirilib. Hadisə sentyabrın 1-də baş verib. Müdafiə Nazirliyi zəhərlənən əsgərlərin sayı barədə məlumat vermir. Məlumata görə, zəhərlənməyə səbəb əsgərlərin çiy su içməsi olub və nəticədə infeksiyaya yoluxublar. Nazirlikdən bildiriblər ki, müalicə olunan əsgərlərin qalan hissəsi həftə sonuna kimi hərbə hissəyə qaytarılacaq.

Xəbər lenti

Xəbər lenti