...

Bin Ladenin müraciəti yayımlanıb (video)

Siyasət Materials 8 Sentyabr 2007 04:05 (UTC +04:00)
Bin Ladenin müraciəti yayımlanıb (video)

Əl Qaidə terror təşkilatının başçısı Üsəma bin Laden şənbə günü yayılmış videomüraciətində ABŞ prezidenti Corc Buşu "keçmiş Sovet İttifaqının etdiyi səhvləri" təkrar etməməyə çığırıb.

Bu müraciətin sentyabrın 11-də - Nyu-Yorkda terror aktlarının altınsı ildönümündə yayımlanacağı gözlənilirdi. Amma Amerika höküməti yazını şənbə günü ələ keçirməyə nail oldu.

O, həmçinin, Sovet İttifaqının Əfqanıstanı işğalını nəzərə alaraq, Brejnevin Buş tərəfindən təkrarlandığını bildirir.

Həmçinin video lentdə bin Laden Amerika vətəndaşlarına bildirir ki, "əgər onlar İraqdakı müharibənin bitməsini istəyirlərsə onda İslam dinini qəbul etsinlər".

Amerika rəsmiləri bu lentin həqiqi və ciddi olduğunu dəqiq sübuta yetirə bilməsələr də bu barədə araşdırmaların davam etdirildiyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti