...

ADP sədrinin şikayətinə Ali Məhkəmənin Plenumunun növbəti iclasında baxılacaq

Cəmiyyət Materials 14 Sentyabr 2007 16:19 (UTC +04:00)

Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva / ADP sədri Sərdar Cəlaloğlunun şikayətinə Ali Məhkəmənin Plenumunun növbəti iclasında baxılacaq. Bu barədə cümə günü Trend ə Azərbaycan Demokrat Partiyasından məlumat verilib.

Məlumatda bildirilib ki, bu gün Ali Məhkəmənin Plenumunun katibliyindən ADP sədri Sərdar Cəlaloğlunun ünvanına məktub daxil olub. Məktubda bildirilir ki, Cəlaloğlunun məhkəmə nəzarəti qaydasında Daxili İşlər Nazirliyi, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin işçilərinin qanunsuz hərəkətlərindən verdiyi şikayət ərizəsi ilə əlaqədar, İnsan Haqları Üzrə Avropa Məhkəməsinin 11 yanvar 2007-ci il tarixli qərarına əsasən, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə şikayəti Ali Məhkəmə Plenumunun sentyabrın 18-də keçiriləcək iclasında araşdırılacaq.

İclasda Cəlaloğlu və vəkili Fuad Ağayevin də iştirakı nəzərdə tutulub.

Bu il yanvarın 11-də Avropa Məhkəməsi Cəlaloğlunun şikayəti ilə bağlı qərar qəbul edib. Qərarda Avropa Konvensiyasının 3-cü maddəsində (işgəncələrin qadağan olunması) nəzərdə tutulan hüququnun pozuntusu qeyd olunub və Azərbaycan dövlətinin bu hüququn pozuntusuna görə, Cəlaloğluna 10 min avro məbləğində təzminat ödənilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti