...

Qaxda qiymətli ağacların tükənmək təhlükəsi var

Cəmiyyət Materials 16 Sentyabr 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Qax / Trend müxbir E. Quliyev / Qax rayon məşələrində qiymətli ağac növlərinin tükənmək təhlükəsi var. Fakti təstiqləyən Qax rayon Məşə Mühafizəsi və Bərpası Müəssəsinin direktoru Azad Şəfiyev bunun səbəbini rayonun böyük əksəriyyətində təbii qazın olmamasi ilə əlaqələndirdi. Son günlər qırılmalararın çoxalmasını isə qarsşidan gələn qiş mövsümü ilə izah edən cənab Şəfiyev bunun qarşısının almaq üçün inzibati tədbirlərin sərtleşdirilməsinin lazım olduğunu bildirdi. Müəssə direktoru cari ilin əvvəlindən bu günə qədər məşelərdə qanunsuz nadir ağac növləri kəsən 71 nəfər barədə akt tərtib olunduğunu, nəticədə bu şəxslərə 4000 manata qədər cərimə kəsildiyini dedi.Müəssə rəsmilərinin  sözlərinə görə 31000 hektar ərazini əhatə edən Qax məşələrinin əvvəlki zənginliyini qaytarmaq məqsədi ilə bu il 50 hektar yeni məşə zolağı, 2 hektar sahədə yeni tinklik, 300 hektara yaxın təbii bərpa yaxşi gədən sahələrə kömək tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti