Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın yunan-roma güləşçisi Anton Botyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən dünya çempionatında bürünc medalı qazana bilməyib.
Trend xəbər verir ki, ikinci təsəlliverici görüşdə milli pəhləvan öz rəqibindən daha güclü görsənən Ermənistan nümayəndəsi Yuri Patrikevə məğlub olub. Görüş zamanı Botyev bir neçə dəfə parter vəziyyətinə düşüb ki, bu da rəqibinə üstünlük verib.
Beləliklə, nəzərə alınsa ki, öncəki mərhələdə Sidney olimpiya oyunlarının qalibi Namiq Abdullayev (55 kq) və Namiq Sevdimov (60 kq) məğlub olublar, yarışın üçüncü günü də xalı sahibləri medalsız qalıb.