...

Elşad Xosenin məhkəməsi gələn ay keçiriləcək

Cəmiyyət Materials 28 Sentyabr 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /müx. "TrendLife" Günel Əhmədova/ Reper Elşad Xosenin vəkili Saleh Əliyevin "TrendLife"a verdiyi məlumata görə, onun məhkəməsi gələn ay keçirilməlidir. Xose ilə yaxın günlərdə görüşmədiyini deyən vəkil ziddiyyətli məlumatlar olacağı təqdirdə heroin istifadəsinə görə tutulan Xosenin yenidən dindiriləcəyini bildirib. Yaxın günlərdə isə onun əqli və fiziki cəhətdən sağlam olub-olmaması ilə bağlı ekspertiza rəyi açıqlanacaq. Vəkil söhbəti əsnasında onu da bildirdi ki, Xosenin ailə üzvləri hər hansı bir iddia ilə ona müraciət etməyiblər. Yeri gəlmişkən, bildirək ki, Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov reperin üstündə tapılan heroinin az miqdarda olduğunu bildirərək, onun 3 il müddətinə həbs olunacağının mümkün olmadığını açıqlayıb.

Xəbər lenti

Xəbər lenti