...

Azərbaycan Gürcüstanın Elmar Hüseynovun qatillərini təhvil verməkdən imtinası barədə xəbəri təkzib edir (video)

Cəmiyyət Materials 1 Oktyabr 2007 12:04 (UTC +04:00)
Azərbaycan Gürcüstanın  Elmar Hüseynovun qatillərini təhvil verməkdən imtinası barədə xəbəri təkzib edir (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Gürcüstan Prokurorluğunun "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərini Azərbaycana verməkdən imtina etməsi barədə məlumatı baş prokurorun birinci müavini təkzib edib.

Baş prokurorun birinci müavini Rüstəm Usubov bazar ertəsi Trend in sualına cavab olaraq bildirib ki, Azərbaycan Baş Prokurorluğuna Gürcüstan tərəfindən belə bir məlumat verilməyib. Usubov qeyd edib ki, Hüseynovun qətlində təqsirləndirilən və beynəlxalq axrtarışa verilmiş Teymuraz Əliyev və Tahir Xubanov tapılarsa, Azərbaycan və Gürcüstan Baş Prokurorluqları arasında imzalanmış əməkdaşlıq haqqında sazişə görə, Azərbaycana veriləcək.

Prokuroluq rəsmisinin sözlərinə görə, məlum cinayət işi ilə bağlı istintaq hərəkətləri ikitərəfli davam etdirilir.

Elmar Hüseynov 2005-ci ilin martında yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib.

Xəbər lenti

Xəbər lenti