...

Yeni Əhmədlidəki "Heydər Parkı" əsaslı təmir olundu

Cəmiyyət Materials 4 Oktyabr 2007 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Bakıda ötən gün daha bir istirahət parkı şəhər sakinlərinin istifadəsinə verildi. Yeni Əhmədli massivində (Ukrayna dairəsini həndəvərində) yaşayanlara əsl hədiyyə olan bu prak Ulu öndər Heydər Əliyevin adını daşıyır. Prezident İlham Əliyev cənabları da ötən gün təntənəli açılışı olan bu istirahət mərkəzinə şəxsən təşrif buyurmuşdu. "Heydər Parkı"nın istifadəyə verilməsini önəmli hadisə kimi səciyyələndirən Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Zaməddin Əkbərov, TrendLife-a geniş açıqlamasında bunları söylədi: "Tədbirin əhəmiyyəti çox böyükdür. Biz "Heydər Parkı"nın açılışını 3 oktyabr tarixində ona görə etdik ki, məhz bu təqvimdə Ulu öndərimiz Azərbaycan Respublikasının prezidenti seçilib. Qeyd edim ki, vaxtilə 2000-ci ilin iyun aynın 4-də Heydər Əliyev bu parkın açlışında da iştirak etmişdi. Amma həmin tarixdən illər ötdüyündən bu park tədricən yayarsız hala düşməyə başlamışdı. Odur ki, Xətai Rayon İcra başçısı Razim Məmmədovun təşəbbüsü ilə yenidən qurulması planlaşdırıldı. Bu gün artıq bütün işlər yüksək səviyyədə yekunlaşıb. Eyni zamanda parkın həndəvərində olan Ukrayna dairəsində təmir - bərpa işləri aparılıb".

Heydər Əliyevin əzəmətli heykəli də bu parka xüsusi yaraşıq verir. Gəzib-dolaşanlar burada həqiqətən

nəzərə çarpacaq dəyişiklərin aparıldığının şahidi olurdu. Z.Əkbərov, inşa edilən şəlalə, üç tərəfli giriş qapıları və eləcədə park barəsində bilmədiyimiz məlumatları da bizimlə bölüşdü: "Parkın ümumi sahəsi 11 hektara yaxındır. Piyada yolları bütünlüklə asfalt, daş plitzlərlə döşənmişdir. Mövcud olan şəlalə altı dəfəyə qədər böyüdülüb. Lazer qurğusu ilə təhciz olunmuş başqa bir musiqili fəvvarədə isə müəyyən təsvirlərin su üzərində göstərilməsi nəzərdə tutulub. Giriş qapılarının tikilməsində qədim jryamentlərimizin nəzərə almasına xüsusi fikir vermişik. Yonma daşlar və klassik üslübda düzəldilmiş oturacaqlar da parka məxsusi gözəllik verir".

İcra nümayəndəsi nə qədər maliyyə vəsaitinin xərcləndiyini deməsə də bütün işlərin Xətai Rayon İcra Hakimiyyəti rəhbərliyinin köməkliyi ilə ərsəyə gəldiyini etiraf etdi.

Saat 20:00-dan sonra isə tanınmış incəsənət xadimlərinin, estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı düzənləndi. "Lider TV" ilə birbaşa yayımlanan tədbirdə də Əhmədli sakinləri "Heydər Parkı"nın əsaslı təmirdən sonra istifadəyə verilməsi sevincini bir-biriləriylə bölüşürdülər.

Xəbər lenti

Xəbər lenti