...

Azərbaycan cüdoçuları Olimpiadaya düşmə şanslarını artırıblar

Cəmiyyət Materials 16 Oktyabr 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Avropa Cüdo İttifaqının (EJU) növbəti reytinqinin yekunları üzrə, Azərbaycan cüdoçuları Pekin Olimpiadasına düşmə şanslarını artırıblar.

Mehman Əzizov ( 81 kq), Mövlud Mirəliyev ( 100 kq), Kifayət Qasımova ( 57 kq) və Elxan Məmmədov ( 90 kq) ilk üçlükdə yer alıblar. Onların Pekinə vəsiqə qazanması yalnız zamanın işidir. Xüsusən də, 2008- Oyunlarına, reytinq cədvəlinin yekunları üzrə, ən yaxşı doqquz idmançı düşəcək. Reytinq cədvəli özündə cüdoçuların dünya Kuboku və Superkuboklarında, həmçinin, dünya və Avropa çempionatlırandakı çıxışlarını əks etdirir. Bununla yanaşı, artıq reytinqdə yeddinci yerə qalxan və Bakıdakı yarışda bürünc medal qazanan Ramil Qasımovun ( 66 kq) da şansı müsbət qiymətləndirilir.

Hələlik Olimpiadaya birbaşa lisenziyanı, Braziliyada keçirilən mundialda ikinci yeri tutan Elnur Məmmədli ( 73 kq) qazanıb.

Xəbər lenti

Xəbər lenti