...

Əməkdar artist Eyyub Yaqubov: "Şou çirkabına bulaşmaq istəmirəm" Əməkdar artist Eyyub Yaqubov"

Cəmiyyət Materials 27 Oktyabr 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/müxbir TrendLife Şahin Cavadsoy Milli şou-biznes arenasını hədəfə tutanların sırasına daha bir müğənni də qoşuldu. Bu açıqlamanı "Trendlife"in müxbiri ilə söhbəti zamanı əməkdar artist Eyyub Yaqubov əminliklə söylədi: "Deməzdim ki, bizdə bütünlüklə şou-biznes formalaşıb. Hər sahədə olduğu kimi, sənətdə də, müəyyən mənada, hər şeyi özümüzünküləşdirmişik. Tamaşaçılarım da görür ki, başım, əsasən, repertuarımı daha ciddi əsərlərlə zənginləşdirməyə qarışıb. Bu, bir tərəfdən yaxşıdır, digər tərəfdən isə, çox məsuliyyətlidir. Məsələn, görkəmli ədibimiz Hüseyn Cavidin yazdığı əsərləri silsilə şəklində ifa etmək istənilən müğənnidən böyük cəsarət tələb edir. Əgər Eyyub Yaqubov olaraq, bunun öhdəsindən layiqincə gələrəmsə, bu, təbii ki, mənim üçün böyük fəxr olar. O ki qaldı şou biznesi çirkab adlandıranlara, hardasa onlara da haqq qazandırıram. Çünki hərdən elə iyrənc hadisələrlə qarşılaşırıq ki, həqiqətən də, bu dəryanın necə bulanlıq olduğunun şahidi oluruq. Mən şou çirkabına bulaşmaq istəmirəm".

Xəbər lenti

Xəbər lenti