...

Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsinə dair Avropa Konvensiyası imzalanmaq üçün açıq elan edilib

Cəmiyyət Materials 31 Oktyabr 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsinə dair Avropa Konvensiyası imzalanmaq üçün açıq elan edilib.

Bu barədə İspaniyanın Lanzarote şəhərində Avropa ədliyyə nazirlərinin 28-ci konfransında qərar qəbul edilib.

Konfransda həssas qrupların, xüsusilə miqrantların və uşaqların ədalət mühakiməsi hüququnun təmin edilməsi məsələləri müzakirə olunub.

Azərbaycanı bu tədbirdə ədliyyə naziri Fikrət Məmmədov təmsil edib.

Nazir Azərbaycanda uşaqların ədalət mühakiməsi hüququnun təmin edilməsi mövzusunda çıxış edərək məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən işlər, yuvenal ədliyyənin inkişafına yönəlmiş tədbirlər barədə məlumat vermib.

Konfrans çərçivəsində Azərbaycanın ədliyyə naziri ilə İspaniya Krallığının ədliyyə naziri Mariano Fernandez Bermexonun görüşü olub, iki ölkə arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi üzrə faydalı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti