...

Bakıda Rusiyada nəşr olunan kitabların sərgisi keçiriləcək

Cəmiyyət Materials 3 Noyabr 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Rusiyada nəşr olunan, ədəbiyyat, mədəniyyət, elm və təhsildən bəhs edən kitabların sərgisi noyabrın 8-9-da Bakıda keçiriləcək.

Bakı Dövlət Universitetinin yardımı və Rusiya XİN-nin nəzdində fəaliyyət göstərən Rusiya Xarici Mərkəzinin təşəbbüsü ilə keçirilən sərginin təşkilatçısı qismində Rusiyanın təhsil üzrə Federal Agentliyi çıxış edir. Sərgidə iştirak etmək üçün Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin nümayəndə heyəti, Rusiyanın aparıcı nəşriyyatlarının nümayəndələri, o cümlədən rus dili və ədəbiyyatı sahəsinin mütəxəssisləri Bakıya səfər edəcəklər. Bu layihənin rəsmi icraçısı Rusiyanın "Poliloq" şirkətidir. Sərginin keçirilməsində məqsəd rus dili, ədəbiyyatı, elmi və təhsilinə olan marağın artmasına yardım etmək, Rusiya və Azərbaycanın informasiya və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyətini möhkəmləndirmək və Rusiyanın yeni kitab nəşrlərinə dair məlumat veriliməsidir.

Sərgi çərçivəsində "Müasir rusdilli ədəbiyyatın Azərbaycana daxil olmasının mümkünlüyü" və "Rusiyaya daxil olan ədəbiyyat və rusdilli təbəqənin bu barədə məlumat əldə etmək üçün müasir informasiya- kommunikasiya texnologiyalarından istifadə etməsi"nə dair Dəyirmi masanın keçirilməsi planlaşdırılıb.

Həmçinin rus dili və ədəbiyyatı müəllimləri üçün Moskvanın aparıcı ali məktəblərindən olan müəllimlər tərəfindən master-klasların keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti