...

Pianoçu Murad Hüseynov ABŞ-da çıxış edəcək

Cəmiyyət Materials 19 Noyabr 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Dekabrın 10 və 11-də ABŞ-da Azərbaycan və ABŞ-ın iş adamlarının birgə konfransı keçiriləcək. Tədbirin sonunda isə qala-konsert təşkil olunacaq. Bu haqda TrendLife-a məlumat verən Azərbaycanın əməkdar artisti Murad Hüseynov bildirib ki, onunla bərabər Türkiyədən olan caz musiqiçiləri də həmin gecədə çıxış edəcəklər. Hələlik isə Murad Hüseynov İstanbul və Ədirnədə keçiriləcək konsertlərlə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə yollanıb.

Xəbər lenti

Xəbər lenti