...

Londonda "Azərbaycan evi"nin açılış mərasimi olacaq

Cəmiyyət Materials 24 Noyabr 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gələn ilin fevralında Londonda "Azərbaycan evi"nin açılış mərasimi olacaq. Bu barədə Trend ə "Azərbaycan evi"nin rəhbəri Vüsal Həmzəyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət mərkəzi rolunu oynayan bu qurum bir il əvvəl Londondakı azərbaycanlı gənclər klubu və ziyalıları tərəfindən yaradılıb. Lakin bina ilə təmin olunmayıb. Sonradan Azərbaycan əsilli bir xeyriyyəçi tərəfindən quruma Londonun mərkəzinə yaxın bir yerdə bina verilib və orada təmir işləri aparılıb. Həmin binada yerləşəcək "Azərbaycan evi"nin fevralda açılış mərasiminin keçirilməsi planlaşdırılır.

Həmzəyev bildirib ki, binanın kitabxanası, zalı, musiqi studiyası var. Qurum Azərbaycana dair müxtəlif dillərdə kitablar toplayır.

Fevralda keçirilməsi nəzərdə tutulan açılış mərasimində Azərbaycandan rəsmi nümayəndələrin, sənətçilərin iştirakı planlaşdırılır.

Londondakı "Azərbaycan evi" Azərbaycanlı Tələbələrin Avropa Forumu ilə birgə

fevral ayında gənclər Forumu keçirəcək.

Həmzəyevin sözlərinə görə, Londonda 8 min azərbaycanlı yaşayır, ümumilikdə cənubi azərbaycanlılarla birlikdə Böyük Britaniyada 30 min soydaşımız yaşayır.

Xəbər lenti

Xəbər lenti