...

Məhəbbət Kazımov Novruz bayramında solo konsert verəcək

Cəmiyyət Materials 28 Noyabr 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /müx. TrendLife Amal Rübai/

Hələ Yeni il bayramı yaxınlaşmamış bəzi müğənnilər artıq indidən gələn ilin Novruz bayramı üçün planlar hazırlayırlar. TrendLife-ın verdiyi məlumata görə, xalq və estrada mahnılarının ifaçısı Məhəbbət Kazımov da Novruz bayramında konsert verməyi planlaşdırır. Konsert proqramı "Ay ilk məhəbbətim, ay son məhəbbətim" adı altında keçəcək. Müğənniyə sualımız da bunanla bağlı oldu.

-Siz artıq bu ad altında konsert vermisiniz.

-Düzdür. Amma bu həmin konsertin davamı olacaq. Konsertdə təxminən 30 mahnı ifa edəcəm. Hətta ola bilər ki, bəzi həmkarlarla duet də oxudum.

-Bəs konsertiniz harda təşkil olunacaq?

-İnşaallah, əgər o vaxta qədər Heydər Əliyev adına Sarayda təmir-bərpa işləri bitərsə, elə orada çıxış etmək istəyirəm.

Xəbər lenti

Xəbər lenti