...

Azərbaycanlı müğənninin həbsdə olan bacısı xəstəxanaya köçürüləcək

Cəmiyyət Materials 13 Dekabr 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/  Azərbaycan müğənnisi Rəqsanə İsmayılovanın insan alverində təqsirli bilinən bacısı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüləcək.

Ellada İsmayılovanın vəkili Bəylər Məmişov cümə axşamı Trend ə bildirib ki, müğənninin bacısının təzyiqi kəskin aşağı düşüb. Vəkil İsmayılovanın təzyiqinin 20-40 arası olduğunu deyib.

Səhhətindəki problemlə bağlı İsmayılova saxlandığı Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasından yaxın günlərdə Müalicə Müəssisəsinə köçürüləcək.

Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətindəki problemlə əlaqədar barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müracət etməyə hazırlaşır. Vəkil bu məqsədlə İstintaq Təcridxanasının rəhbərliyinə sorğu ilə müraciət edib. "Sorğuya cavab alandan sonra məhkəməyə müraciət olunacaq" - deyə vəkil bildirib.

İnsan alverində ittiham olunan İsmayılova barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun anası Adilə Həsənovaya qarşı isə Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil və ya cinayətkar təşkilat tərəfindən törədilən insan alveri (144-1.2.5-ci) maddəsi ilə ittiham irəli sürülüb.

Müğənninin anası və bacısı insan alverinin qurbanı olmuş bir qadının ifadəsi əsasında həbs ediliblər.

Həsənova isə səhhətindəki problemlə əlaqədar ölkəni tərk etməməklə bağlı iltizam alındıqdan sonra sərbəst buraxılıb.

E.İsmayılova Türkiyədə də eyni cinəyət əməlində təqsirli bilinərək həbs olunmuşdu.

Bu il oktyabrın 4-də Türkiyənin Bodrum 4-cü İnstansiya Cinayət Məhkəməsi müğənni Rəqsanənin bacısı E.İsmayılova barəsində bəraət hökmü çıxarıb. Məhkəmədə İsmayılova ilə birgə Türkiyə vətəndaşı Arzu Seytin də mühakimə olunub.

Onlar Lalə adlı zərərçəkmişi Bodruma aparıb və fahişəliyə məcbur ediblər.

Cinayət materiallarında təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamda konkret və qanuni sübutlar olmadığı üçün Bodrum məhkəməsi onlar barəsində bəraət hökmü çıxarıb.

Xəbər lenti

Xəbər lenti