...

Azərbaycan telekanalları türk dilində filmlərin yayımını azaldacaq - Teleradio Şurasının sədri

Cəmiyyət Materials 13 Dekabr 2007 13:04 (UTC +04:00)
Azərbaycan telekanalları türk dilində filmlərin yayımını azaldacaq - Teleradio Şurasının sədri

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanal rəhbərlərinə türk dilində filmlərin nümayişində israfçılığa yol verməmələri ilə bağlı xəbərdarlıq edib. "Yanvarın əvvəlindən telekanallarda türk dilində filmlərin yayılması azaldılacaq" cümə axşamı Trend ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

MTRŞ-nin iclasında Azərbaycanda fəaliyyət göstərən telekanallarda 2008-ci ilin yanvarın 1-dən əcnəbi dillərdə filmlərin (bədii, sənədli) nümayişinin tamamilə qadağan olunmasına dair qərar çıxarılıb. Qərarda türk dili başa düşülən olduğundan əcnəbi dillər siyahısına salınmayıb. Teleradio Şurası qərarında qeyd edib ki, gələn ildən telekanallar bütün filmləri Azərbaycan dilinə dublyaj etməlidir. Qərara tabe olmayan telekanalların fəaliyyətinə xitam veriləcək. MTRŞ sədri ötən ay Trend ə açıqlamasında telekanalların türk dilində filmlərin yayımında israfçılığa yol verdiklərini bildirmişdi.

Məhərrəmli deyib ki, yanvardan türk dilində filmlərin yayımı azaldılmasa, onda Teleradio Şurası türk dilini əcnəbi dillər siyahısına salınması barədə qərar verəcək.

Xəbər lenti

Xəbər lenti