...

Mətbuat Şurası KİV arasında hərbi-vətənpərvərlik mövzusunda müsabiqə keçirəcək

Cəmiyyət Materials 18 Dekabr 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gələn ildən Azərbaycanın kütləvi informasiya vasitələrində (KİV) yayımlanan hərbi-vətənpərvərlik mövzusunda materialların müsabiqəsi keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend ə Mətbuat Şurasından məlumat verilib.

Müsabiqənin təşkilatçıları Azərbaycan Mətbuat Şurası ilə Tərtər hayon İcra Hakimiyyətidir. Müsabiqə Novruz bayramı ərəfəsində yekunlaşacaq.

Belə bir müsabiqənin keçirilməsi ideyası Mətbuat Şurası üzvlərinin, aparıcı KİV rəhbərlərinin cəbhəyanı bölgəyə etdiyi səfər zamanı irəli sürülüb. Qərara alınıb ki, müsabiqədə ölkədə fəaliyyət göstərən bütün yazılı və elektron media cəlb olunsun.

Müsabiqə dövründə hərbi-vətənpərvərlik mövzusunda işıq üzü görən materialların monitorinqi aparılacaq, 5 nəfərdən ibarət münsiflər heyətinin rəyi əsasında qaliblər müəyyənləşdiriləcək. Həmçinin qərara alınıb ki, Tərtərdə təntənəli "Media festivalı" düzənlənsin, orada qaliblərə mükafatların təqdim edilməsi mərasimi keçirilsin.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Azərbaycanın Tərtər rayonu ermənilərlə cəbhə xəttində olan bölgədir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, cəmiyyətdə və ordumuzda ruh yüksəkliyinin, döyüşçülərimizin qələbə əzminin artırılması üçün media öz köməkliyini göstərməlidir. Ona görə cəbhəyanı bölgə olan Tərtərdə medianın vətənpərvərlik ruhunda toplantısını keçirmək qərarına gəliblər.

Xəbər lenti

Xəbər lenti