...

RTR-in Azərbaycanda yayımının dayandırılması RF-nin səfiri üçün gözlənilməz olub

Cəmiyyət Materials 2 Yanvar 2008 17:27 (UTC +04:00)

Azərbaycanın Milli Teleradio Şurasının (ATRŞ) 2008-ci il yanvarın 1-dən "RTR-Planeta" telekanalının yayımının dayandırılması ilə bağlı qərarı Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov üçün gözlənilməz olub.

"Mən bu barədə gözlənilməz olaraq xəbər tutdum, yanvarın 1-də, səhər saatlarında. Saat 10-da mənim mobil telefonuma tanışlarımdan biri zəng etdi və bildiridi ki, kanalın yayımı dayandırılıb" - deyə diplomat "RTT-Planeta" telekanalının Azərbaycanda yayımının dayandırılmasından necə xəbər tutması barədə RİA-Novosti -nin sualını cavablandırarkən bildirib.

"Mən bu zəngdən sonra öyrəndim ki, Rusiya səfirliyinə bakılılardan zənglər daxil olub, onlar bu barədə məlumat verib və onları narahat edən məsələlər barədə suallar veriblər" - deyə səfir əlavə edib.

"Əlbəttə ki, mən təəccübləndim ki, bu belə gözlənilməz olaraq baş verib, lakin dəfələrlə dediyim sözü yenə təkrar edirəm: Azərbaycanın müvafiq orqanları belə bir qərar qəbul etmək hüququna malikdir və bizim bu qərara etiraz etmək hüququmuz yoxdur" - deyə səfir bildirib.

"Bununla əlaqədar mənim qeyd edəcəyim yeganə məqam ondan ibarətdir ki, cənab Məhərrəmlinin əsaslandığı məqam, yəni qarşılıqlı yayımla bağlı (RTR Azərbaycanda, AzTV Rusiyada) danışıqlardakı çətinlik bir o qədər də pessimist görünmür" - deyə diplomat deyib və bildirib ki, danışıqlar elə də asan şəraitdə keçmir.

"Ötən həftə, ötən cümə axşamı (dekabrın 27-də) mən Azərbaycanın xarici işlər nazirliyində nazirliyin rəhbərliyi ilə danışıqların davam etdirilməsi ilə bağlı konkret planları və mümkün həll yollarını müzakirə etdim" - deyə səfir bildirib. "Mən ümid edirdim ki, hər iki tərəfin siyasi iradəsi hələ 2007-ci ilin iyulunda razılaşdırılmış siyasi sənəddə ifadə olunub və bu bizə mövcud məsələləri həll etməyə imkan verəcək. İndi isə vəziyyət kifayət qədər çətindir, belə ki, danışıqlar masasından danışıqların mövzusu özü götürülüb, bu danışıqların necə davam etdiriləcəyi isə mənə aydın deyil" - deyə İstratov qeyd edib.

Danışıqların bərpa edilməsi istiqamətində mümkün addımların nədən ibarət olacağı barədə suala cavab verən səfir bildirib ki, "vəziyyəti ümumilikdə nəzərdən keçirək". "Vəziyyət dəyişib. Etiraf etmək lazımdır ki, informasiya məkanından alışdığımız mənbənin itməsi hər zaman böyük dəyişiklik deməkdir" - deyə səfir bildirib "Hər halda, ilk növbədə fikirəşmək lazımdır ki, bakılıların rus dilində danışan sakinlərinin bu informasiya mənbəyindən məhrum olan az təminatlı hissəsinə necə kömək etmək olar. İkinci isə, hamı bilir ki, Rusiya Federasiyasında prezident seçkiləri ilə bağlı kampaniya gedir, fikirləşmək lazımdır ki, Rusiyanın Azərbaycandakı vətəndaşları telekanalın yayımının dayandırıldığı təqdirdə seçkiqabağı kampaniya barədə necə məlumat əldə edəcəklər" - deyə diplomat bildirib.

Rusiya və Azərbaycan ekspertlərinin Rusiya və Azərbaycanda telekanalların qarşılıqlı şəkildə yayımlanmasına dair növbəti görüşünün təxirə salınıb-salınmaması ilə bağlı sualı cavablandıran səfir bildirib ki, Rusiya tərəfi görüşü yanvarda (cari ilin) keçirməyi təklif edib.

"Biz hətta tərəflərin nümayəndə heyətinin tərkibinə kimlərin daxil olacağını da müzakirə etmişdik. Qərar real olaraq ayın 8-9-dan sonra qəbul oluna bilər, belə ki, indi hələ ki, Azərbaycanda və Rusiyada bayramdır" - deyə RF-nin Azərbaycandakı səfiri bildirib.

Rusiyanın Birinci kanalının Azərbaycanda yayımı cari ilin iyulun 11-də dayandırılıb. ATRŞ müvafiq qərarını belə izah edib ki, Rusiya tərəfi Azərbaycan televiziyasının öz ərazisində yayımlanması üçün şərait yaratmayıb.

"RTR-Planeta" kanalının Azərbaycanın milli tezliklərində yayımlanması həmin vaxt sentyabrın əvvəlinə qədər uzadılmışdı. İyulun sonunda Bakıda "RTR-Planeta"nın Azərbaycanda yayımlanmasına dair razılıq hazırlanmışdı. Bundan əlavə, dövlət telekanallarını Azərbaycan və Rusiyada qarşılıqlı şəkildə yayımlanması məsələsinə üzrə işçi qrupp da yaradılmışdı.

Bakı Rusiya və Azərbaycan telekanallarının paritet əsasda yayımlanmasının tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti