...

Azərbaycan dünyanın intellektual mərkəzidir-nazir müavini (video)

Cəmiyyət Materials 8 Yanvar 2008 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Trend Kuboku Azərbaycan gəncləri arasında intellektual hərəkatın inkişafına öz töhfəsini verib. Bu barədə Azərbaycanın Gənclər və İdman nazirinin müavini İntiqam Babayev məlumat verib. "Azərbaycanda intellektual oyunlara həmişə maraq olub. Düşünürəm ki Trend Kuboku uğrunda çempionat Azərbaycan gəncləri arasında intellektual hərəkatın inkişafına öz töhfəsini verib və gələcəkdə bu yəqin ki ,ənənəvi olacaq"-o bildirib. Trend İnformasiya Agentliyi "Xəzər" İntellektual Gənclər Klubu İctimai Birliyi ilə birlikdə "Kim? Nə? Harada? " oyununun finalını keçirib. Finalda 30 komanda yarışıb. Babayevin sözlərinə görə, belə tədbirlər gənclərin məhsuldar istirahəti üçün şərait yaradır. "Belə tədbirlər bizə lazımdır, onlar çox aktualdır və gənclərimizin intellektual inkişafına yardım göstərir"-Babayev bildirib. Onun sözlərinə görə, artıq altı ildir ki, Azərbaycan dünyanın intellektual mərkəzidir. Bakıda dünya çempionatları və "Kim? Nə? Harada? " oyunu üzrə milli kubok uğrunda oyunlar keçirilir. Sonuncu oyunda iyirmidən çox ölkədən komanda iştirak edib. Ötən il Gənclər ili çərçivəsində, Gənclər və İdman Nazirliyi Azərbaycan dilində "Xəmsə" ilk Milli intellektual oyununu keçirib. Bu oyunda bütün respublikadan 400 komanda iştirak edib. Babayevin sözlərinə görə, "Kim? Nə? Harada?" oyununun Azərbaycan dilində keçirilməsi intellektual hərəkatın sərhədlərinin daha geniş təbəqələrə yayılmasına imkan yaradacaq və ölkənin regionlarını əhatə edəcək. "Çempionatın Azərbaycan dilində keçirilməsi müsbət faktdır və intellektual oyunların milliləşdirilməsi prosesi başlayır" -nazir müavini bildirib. Babayevin sözlərinə görə, belə tədbirlərin keçirilməsi Azərbaycan mədəniyyətinin və tarixinin təbliğinə yardım edir.

Xəbər lenti

Xəbər lenti