Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın Şahmat Federasiyası FİDE təşkilatına Qran-Pri etaplarının birini Bakıda keçirmək üçün ərizəsi hazırlayır.
Azərbaycanda yarışların keçirmək ideyası Gənclər və İdman Nazirliyində müzakirə ediləndən sonra, Milli Federasiya prezidenti Elmar Rustəmov tərəfindən də bəyənilib. Bakı yarışları qəbul etmək şansı qazanıb. FİDE dəfələrlə Bakıda yarışların keçirilməsində maraqlı olduğunu bildirib. Bu halda artıq apreldə Qran-Prinin ilk mərhələsi paytaxtda keçirilə bilər.
Bu günlərdə FİDE turnirdə iştirak edəcək qrossmeysterlərin adlarını açıqlayıb, onların içində Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da var.