Azərbaycan, Bakı, 9 yanvar /müx. TrendLife Eldar Hüseynzadə/
Yanvarın 17 və 18-də Türkiyənin Bursa şəhərində simfonik musiqilərdən ibarət konsert təşkil olunacaq. Konsertə əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov dirijorluq edəcək. Tədbir ümumilikdə iki hissədən ibarət olacaq. Birinci hissədə fortepiano və Şnitke simli orkestri üçün musiqilər, ikinci hissədə isə Yalçın Adıgözəlovun redaktəsi ilə Prokofyevin süitaları səslənəcək. Bu haqda Yalçın Adəgözəlov özü danışdı: "Bir vaxtlar Prokofyevin süitalarını Vladimir Fedosyev redaktə edib. Mən həmin süitaları redaktə edərkən bir çox musiqişünaslarla məsləhətləşdim. Onu da qeyd etmək istəyirəm ki, əgər təqdimat uğurlu alınarsa, yəqin ki, yaz ayında Bakıda da yerli tamaşaçılarımız üçün həmin süitaları ifa edəcəm".