...

Azərbaycan Teleradio Şurası türk dilində filmlərin yayımını dayandıracaq qərar hazırlayır

Cəmiyyət Materials 9 Yanvar 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda fəaliyyət göstərən telekanallarda türk dilində filmlərin (bədii, sənədli) yayımına məhdudiyyət qoyulacaq. "Türk dilində filmlərin yayımına ilkin aylar üçün məhdudiyyətlər qoyulacaq və martdan sonra ümumilikdə türk dilində filmlərin yayımı dayandırılacaq", çərşənbə günü Trend ə MTRŞ üzvü Qafar Cəbiyev bildirib.

MTRŞ yanvarın 1-dən telekanallarda əcnəbi dillərdə filmlərin yayımına qadağa qoyub. Türk dili başa düşülən olduğundan, telekanallara qismən türk dilində filmlərin yayımına icazə verib.

Cəbiyev deyib ki, telekanallar türk dilində filmlərin yayımında ifratçılığa yol verir. Ona görə də yanvarın ortalarında Teleradio Şurasında telekanal rəhbərlərinin iştirakı ilə toplantı keçiriləcək. Həmin toplantıda aprel ayına qədər türk dilində filmlərin yayımına qoyulacaq məhdudiyyət müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti