Azərbaycan, Bakı, 30 yanvar /müx. TrendLife Şahin Cavadsoy
Yerli qəzetlərin birində "Şorgöz kişi müğənnisi kimdir" sualı ilə oxucular arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, müğənni Kərim birinci yeri kimsə ilə paylaşmayıb. Burada qəribə heç nə olmadığını vurğulayan müğənninin həyat yoldaşı Təranə xanım TrendLife-a verdiyi eksklüziv açıqlamasını bu sözlərlə tamamladı: "Artıq neçənci dəfədir ki, tamaşaçılar arasında bu tip sorğular keçirilir. Və həmişə də həyat yoldaşım Kərimin adı ön sırada çəkilir. Sizə bir etiraf etmək istəyirəm. Kərimə ərə gedəndə bilirdim ki, şorgöz müğənni ilə ailə qururam. İnanın, o, bugün də bu xasiyyətindən vaz keçmir. Mən də daha əvvəlki kimi sərt reaksiya göstərmirəm. Ona görə ki, kiminlə gününü keçirməsindən asılı olmayaraq, axşam mütləq evimizə qayıdır".