...

Ombudsman əməkdaşları Qobustan qapalı həbsxanasına baxış keçiriblər

Cəmiyyət Materials 4 Fevral 2008 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend /Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ədliyyə nazirliyi Penitensiar xidmətinin Qobustan qapalı həbsxanasına baxış keçiriblər. Bu haqda Ombudsman Apparatı mətbuat xidmətindən bazar ertəsti Trend ə verilən məlumatda bildirilib. Nümayəndələr ömürlük həbsə məhkum olunmuş məhkumlarla görüşüb, onların saxlanma şəraiti və həbsxana işçilərinin rəftarı ilə bağlı fikirlərini öyrəniblər. Məhkumlar bu məsələlərdə şnarazı olmadıqlarını bildirsələr də, nlardan bəziləri yazışma , ailə üzvləri və yaxınları ilə görüşdə problemləriniqeyd ediblər.Həbsxananın cərimə təcridxanasına da baxış keçirən ombudsman nümayəndələri müəssisə rəhbərliyi ilə görüşdə bu məsələləri onların diqqətinə çatdıraraq, məhkumların saxlanması ilə bağlı bir sıra tövsiyələrini söyləyiblər.

Xəbər lenti

Xəbər lenti