...

Azərbaycanın görkəmli bəstəkarının yubileyi Sorbonna Universitetində qeyd ediləcək

Cəmiyyət Materials 5 Fevral 2008 17:04 (UTC +04:00)
Azərbaycanın görkəmli bəstəkarının yubileyi Sorbonna Universitetində qeyd ediləcək

Azərbaycan, Bakı, 05 fevral/ Trend , müxbir S.Ağayeva/ Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illiyi Fransada qeyd ediləcək. Fevralın 7-də Sorbonna Universitetinin konsert zalında şöhrətli Azərbaycan bəstəkarının əsərlərindən ibarət konsert keçiriləcək. Bu barədə çərşənbə axşamı Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi, səfir Eleonora Hüseynova məlumat verib.

Konsertdə Sorbonna Universitetinin musiqişünaslıq faklultəsinin doktorantı Sədiə Zülfüqarovanın, həmçinin, fransız və rus ifaçılarının ifasında bəstəkarın məşhur əsərləri səsləndiriləcək.

Səfir, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin yardımı ilə universitetdə Qarayevin həyat və yaradıcılığına həsr edilən sərginin təşkil ediləcəyini bildirib.Qara Qarayev "Yeddi gözəl", "İldırımlı yollarla" , "Leyli və Məcnun", "Don Kixot" və s. kimi məşhur əsərlərin müəllifidir.

Xəbər lenti

Xəbər lenti