Azərbayacan, Bakı, 6 fevral /müx. TrendLife Cavid Osmanov/
Bəziləri şou-biznes nümayənədələrinin geyimlərini görən kimi həmin libasların dəbdə olmasını düşünürlər. Lakin səhnə başqa şeydir. Görəsən müğənnilərimiz gənclərə necə nümunə göstərirlər? Bu haqda ifaçıların bəziləri öz fikirlərini TrendLife-la bölüşdü.
Müğənni İzzət Bağırov: "Gənc ifaçıların 99%-i səhnəyə bərbad geyimdə çıxır. Onlara baxanda, sadəcə, kədərlənirsən. Onlara geyim barədə məsləhət versəm, çətin ki, məni eşidələr".
Müğənni Almaz Ələsgərova: "Nə səhnədə, nə də şəhərdə gənclərin geyimi məni qane etmir. Niyəsə, indi vulqar geyimlər dəbdədir. Mənə elə gəlir ki, bu geyimi geyinənlər səhnədə özlərindən başqa heç nə göstərmirlər".
Müğənni Faiq Ağayev: "Heç vaxt dəb arxasınca qaçmamışam. Elə ifaçılar var ki, özləri dəb salırlar. Təvazökarlıqdan uzaq olsa da, demək istəyirəm ki, siz elə ifaçıların biri ilə söhbətləşirsiniz. Bir sözlə, estradada geyim dəbini mən salıram!"