...

Rafael Dadaşovla Cəfər Namiq Kamalın rol davası

Cəmiyyət Materials 8 Fevral 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral /müx. TrendLife Safura/

Akademik Milli Dram Teatrında "Müsyo Jordan və Dərviş Məstəli şah" adlı yeni tamaşa hazırlanır. Adıçəkilən tamaşanı teatr truppası Qazaxıstanda da təqdim edəcək. İlham Elxanoğlunun quruluş verdiyi bu tamaşada Hatəmxanağa rolu iki aktyora - xalq artisti Rafael Dadaşova və əməkdar artist Cəfər Namiq Kamala həvalə olunub. Aktyor Rafael Dadaşovun TrendLife-a verdiyi məlumata görə, qastrolda məhz o, Hatəmxanağa rolunu oynacayaq. Eyni zamanda, Cəfər Namiq Kamalın da verdiyi xəbərə görə, o, qastrolda bu rolla çıxış edəcək. Hələlik iki aktyor arasında rol üstündə dava olmasa da, qastrolla bağlı deyəsən dava düşəcək. Tamaşanın rejissorundan buna aydınlıq gətirməsini xahiş etdikdə isə İlham Elxanoğlu fikir bildirməkdən imtina etdi.

Xəbər lenti

Xəbər lenti