...

Azərbaycanlılar Strasburqda mitinq keçirəcəklər

Cəmiyyət Materials 8 Fevral 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir S.İlhamqızı/Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar fevralın 23-də Fransanın Strasburq şəhərindəkiBrogli meydanında (Place Broglie) Azərbaycan diasporu tərəfindən mitinq keçiriləcək. Bu barədə cümə günü Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mitinqin təşkilatçıları Strasburq Azərbaycan Evi, Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, bu ölkədəki digər türk və Azərbaycan təşkilatlarıdır.

Mitinqdə Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdə Ermənistan prezidenti Robert Köçəryanın şəxsən iştirakı vurğulanacaq, onun Beynəlxalq Tribunala verilməsi tələb ediləcək. Bundan başqa, mitinqdə Xocalı faciəsinin tam əks olunduğu ingilis və fransız dilində kitablar, eləcə də bu soyqırımla bağlı fransız dilində xüsusi hazırlanmış qəzet paylanacaq.

Aksiyanın sonunda qəbul olunacaq qətnamə Avropa Birliyi və Avropa Şurasının məsul şəxslərinə təqdim olunacaq.

Mitinqin keçirilməsi üçün artıq Strasburq şəhər prefekturu və yerli polis idarəsinin razılığı alınıb.

Xəbər lenti

Xəbər lenti