...

Azərbaycan samboçularının Olimpiadada çıxış etmək şansı var

Cəmiyyət Materials 13 Fevral 2008 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir Z.Səfərov / Yaxın gələcəkdə sambo Olimpiada oyunları proqramına daxil oluna bilər.

"Ria-Novosti"nin bildirdiyinə görə, bu fikri Ümumrusiya və Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev, cümə günü Moskvada keçiriləcək RF prezidenti Kubokuna həsr olunan mətbuat konfransında deyib.

"Hazırda sambo ikinci həyatını yaşayır və yaxın zamanlarda biz Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən yüksək tanınmasına güman edirik. Bizim qarşımızda qoyulan məsələ - Olimpiya oyunları proqramına daxil olmaqdır və biz onun həyata keçirilməsinə yaxınıq", - Yeliseyev deyib.

Onun sözlərinə görə, bu yaxınlarda BOK prezidenti Jak Roqe Rusiyaya dəvət olunub. Burada Sambo Federasiyası bu idman növünün və rəsmi ərizənin təqdimatını keçirib. Olimpiya oyunları proqramına daxil olmaq üçün idman növü 75 ölkədə və dörd qitədə inkişaf etməlidir, - Yeliseyev deyib.

"Dörd qitə artıq əhatə olunub və sambo ilə 63 ölkədə rəsmi məşğul orlurlar. Deyə bilərəm ki, 12 ölkə federasiyaya daxil olmaq üçün növbədədir. Hesab edirəm ki, iki il ərzində bu məsələ nizamlanacaq", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti