...

Milli Ensiklopediya açıq satışa çıxarılmayacaq

Cəmiyyət Materials 14 Fevral 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /müx. TrendLife Günel Əhmədova/

Milli Ensiklopediyanın baş redaktoru Tofiq Nağıyevin TrendLife-a bildirdiyinə görə, yeni nəşr kitab köşklərində satışa buraxılmayacaq. Bunun səbəblərindən danışan T.Nağıyev eyni zamanda bildirdi ki, kitabın qiyməti 30-35 manat təşkil edəcək. Açıq satışın olmayacağının səbəblərini izah edən həmsöhbətim vurğuladı ki, bu addımı kitabın öz qiymətindən baha satılmasının qarşısını almaq üçün atıblar: "Artıq dünəndən ensiklopediya Prezident Aparatının göstərişi ilə rəsmi dövlət instansiyalarına, məktəblərə, kitabxanalara paylanmağa başlayıb. Bu proses başa çatdıqdan sonra isə ensiklopediya rus və ingilis dillərinə tərcümə olunaraq internetdə yerləşdiriləcək".

Xəbər lenti

Xəbər lenti