...

Azərbaycanın qadın güləşi üzrə komandası Kiyevdə turnirdə iştirak edəcək

Cəmiyyət Materials 14 Fevral 2008 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir Z.Səfərov / Azərbaycanın qadın güləşi üzrə komandası Kiyevdə fevralın 14-də başlanacaq beynəlxalq turnirdə iştirak edəcək.

Komanda tərkibinə Olimpiya lisenziyalı Mariya Standink ( 48 kq), Olesya Zamula ( 63 kq), o cümlədən Sona Əhmədli, Elvira Mürsəlova ( hər ikisi 59 kq), Mariya Kaçina ( 63 kq), Dina İvanova ( 72 kq) və Zümrüd Qurbanhacıyeva daxildirlər. Yarış, lisenziya xarakteri daşıyan Tamperdə keçiriləcək Avropa Çempionatının əsas hazırlıq mərhələsi olacaq. Çəkili kateqoriyanın qalibləri Pekində iştirak etmək hüququ alacaqlar. Bu səbəbdən də Kiyev turniri yoxlama xarakteri daşıyacaq.

Ukraynada yarışlardan sonra, komanda daha bir turnirdə iştirak etmək üçün Belarusa gedəcək.

Xəbər lenti

Xəbər lenti