...

Qrossmeyster Teymur Rəcəbov Levon Aronyanla heç-heçə oynayıb

Cəmiyyət Materials 18 Fevral 2008 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir Z.Səfərov / Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Moreliya-Linares superturnirinin üçüncü turu çərçivəsində Levon Aronyanla heç-heçə oynayıb. Superturnirin birinci dövrəsi Meksikada keçirilir.

Rəqiblər bu il Veyk-An-Zee-dəki turnirdə görüşüblər. Həmin görüşdə Aronyan qalib gəlib. Son iki il ərzində Levon iki dəfə Teymuru məğlub edib, lakin Rəcəbov da ötən il Monako turnirində rəqibini udub. Bu dəfə tərəflər iyirmi dördüncü gedişdə sülh bağlayıblar, bundan sonra Rəcəbovun aktivi bir xal artıb.

Eyni zamanda, V.İvançuku məğlub edən Vaselin Topalov yaxın təqibçilərindən 0,5 xal ayrılaraq, vahid qalib olub.

Xəbər lenti

Xəbər lenti